ilham periyev

saçlarım qırıldı

oxunmaz addım, sözlərim senzuralı
aldıgım nəfəsim kükürdlə zəngin
hacının saqqalı buxarlanır, qızın zərbələri eyri
sevgilimin dişlərində bir -bir boşluq

saçlarım qırıldı, uşaqların səsi kəsik
damaqlar şişdi həmişə
ağac kimi titrətir məni bu soyuqluq

siqaretim əl dolaması, arabalar köhnə pejo
sinəm qaynayır, amma qulağım üşüyür

dünyanı anlamıram, garsonlar axmaq
niyə hər küncdə qapaqlılar var
göydələnlər hündürdür, saytlar təhlükəsiz
maşına minmək üçün qışqırır insanlar

asfalt yaş, arxa küçə harəm
pilləkəndə oturmuş, sevgilimi gözləyirəm
“gəl indi nur-u məhəmməd,
üç saniyə keçdi tükəndi müdded”